COP29

"Qarabağ"la üz-üzə gələn "Bayer" nə edəcək? – Avroliqada bu gecə

2 May 21:40 Avropa Liqası 600
"Qarabağ"la üz-üzə gələn "Bayer" nə edəcək? – Avroliqada bu gecə

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, "Marsel" Fransada İtaliyanın "Atalanta" kollektivini qəbul edəcək.

Marsellilər 1/4 finalda Portuqaliya təmsilçisi "Benfika"nı üstələyib. "Atalanta" isə İngiltərə nəhəngi "Liverpul"dan güclü olub.

Digər matçda "Roma" və "Bayer 04" komandaları güclünü ayırd etməyə çalışacaqlar.

Ötən mövsüm Avroliqada finala qədər irəliləyən və həlledici görüşdə "Sevilya"ya məğlub olan "canavarlar" bu dəfə kuboku başı üzərinə qaldırmağı düşünür.

Cari mövsüm qitənin ikinci dərəcəli klub turnirində 4 dəfə "Qarabağ"la üz-üzə gələn "Bayer 04" isə məğlubedilməzlik seriyasını davam etdirmək istəyir.

"Roma" ilə matçda da uduzmaza, Xabi Alonsonun komandasının yenilməzlik seriyası 47 oyuna çatacaq.

2 may
23:00. "Marsel" (Fransa) - "Atalanta" (İtaliya)

"Velodrom" stadionu

23:00. "Roma" (İtalya) - "Bayer 04" (Almaniya)

Roma Olimpiya stadionu

Digər Xəbərlər
Xəbər Lenti