COP29

“Bayer”i 51 oyun sonra uduzduran hücumçu - VİDEO+FOTO

23 May 08:20 Avropa Liqası 886
“Bayer”i 51 oyun sonra uduzduran hücumçu - VİDEO+FOTO

Avropa Liqasında 2023/2024 mövsümünün final matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici görüşdə İtaliyanın “Atalanta” klubu ilə Almaniya “Bayer” (“Leverkuzen”) klubu üz-üzə gəlib.

Qarşılaşma italyanların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Belə ki, İtaliya təmsilçisinin heyətində Ademola Lukman het-trik edib.

Bu, həm də “Bayer”in cari mövsümdə ilk məğlubiyyəti olub. Klub 51 oyundan sonra bu mövsüm məğlubiyyətə uğrayıb.

“Atalanta” (İtaliya) – “Bayer” (Almaniya) - 3:0

Qollar: Lukman, 12, 26, 76

Hakimlər: İştvan Kovaç, Vasile Marinesku, Ovidiu Artene (hamısı Rumıniya), İvan Krujlyak (Slovakiya).

VAR: Pol van Bökel (Niderland).

İrlandiya, “Dublin Arena”.

bayerin-seriyasina-son-qoyan-lukmanin-het-triki

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!