Komada qalan futbolçunun müqaviləsini ləğv etdilər

31 Mart 22:00 Dünya futbolu 163
Komada qalan futbolçunun müqaviləsini ləğv etdilər

“Ayaks” uzun müddət komada olan futbolçusu Abdelhak Nurinin müqaviləsini ləğv edib.

Sporinfol.az xəbər verir ki, Amsterdam təmsilçisi koronavirus pandemiyası ilə əlaqədar yaranmış maliyyə problemlərinə görə belə qərar verib.

Niderland klubu 22 yaşlı yarımmüdafiəçinin iyul ayına kimi maaşını ödəyəcək. Mərakeş əsilli oyunçunun 2017-ci ilin iyulunda "Verder"lə qarşılaşmada ürək ritmi pozulmuşdu.

Onun sonradan beynində problem olduğu aşkarlanmışdı. Futbolçu 2018-ci ilin avqustunda komadan ayılmışdı. Nurinin ev şəraitində müalicəsi davam etdirilir.

Xəbər Lenti