İcraiyyə Komitəsi FIFA prezidentinin quruma üzv olmasını istəyir

6 Dekabr 2019 00:14 Dünya futbolu 572
İcraiyyə Komitəsi FIFA prezidentinin quruma üzv olmasını istəyir

FIFA prezidenti Canni İnfantinonun Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsinə daxil olması tövsiyə olunub. Sportinfo.az xəbər verir ki, bu barədə IOC-un prezidenti Tomas Bax keçirilən mətbuat konfransında məlumat verib.

Beynəlxalq Tennis Federasiyasının prezidenti Devid Haqqerti və Yaponiya Milli Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamaşita da quruma üzv olmaq üçün tövsiyə olunublar. İnfantino, Haqqerti və Yamaşita IOC-un 2020-ci il yanvarın 10-da Lozanna şəhərində keçiriləcək 135-ci sesiyasında seçiləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!