Azərbaycanlı futbolçu Rusiyada "həftənin komandası"nda

3 Dekabr 2019 14:29 Dünya futbolu 1 109
Azərbaycanlı futbolçu Rusiyada "həftənin komandası"nda

İnStat İndex-in versiyasına əsasən Rusiya Premyer Liqasının 18-ci turunun rəmzi komandası müəyyənləşdirilib.

Sportinfo.az xəbər verir ki, "Ufa"nın azərbaycanlı futbolçusu Azər Əliyev turun komandasına düşüb. "Ufa" səfərdə "Krılya Sovetov" üzərində qələbə qazanıb - 1:0. Qonaqların yeganə qolunu həmyerlimizin ötürməsindən sonra Lovro Bizyak vurub.

"Ufa" 22 xalla turnir cədvəlində 8-ci yeri tutur.

25 yaşlı Azər Əliyev "Yenisey", "Saxalin", "Krılya Sovetov" klublarında da çıxış edib. O, 2018-ci ildən "Ufa"nın şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi