İbrahimoviç ABŞ-la vidalaşdı - "Artıq beysbola baxa bilərsiz"

14 Noyabr 2019 10:36 Dünya futbolu 438
İbrahimoviç ABŞ-la vidalaşdı -

Zlatan İbrahimoviç "Los-Anceles Qalaksi"dən ayrılır.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Kris Klayn məlumat verib. O bildirib ki, isveçli forvardla dekabrın 31-də başa çatacaq müqavilə uzadılmayacaq:

"Zlatana MLS-dəki çıxışına görə təşəkkür edirik. Bura gəldiyi ilk gündən futbolun inkişafına müsbət təsir göstərdi. Futbola olan həvəsi və zəhmətinə, peşəkarlığına görə ona minnətdarıq. Los-Anceles sakinləri və Şimali Amerika azarkeşləri üçün etdiklərinə qiymət vermək mümkün deyil".

38 yaşlı futbolçu isə şəxsi "İnstaqram" səhifəsində "Los-Anceles Qelaksi" azarkeşləri ilə vidalaşıb: "Gəldim, gördüm, fəth etdim. "Qelaski", sağ olsun, yenidən özümü canlı hiss etməyimə şərait yaratdı. Azarkeşlər üçün isə onu deyə bilərəm ki, Zlatanı istədiniz, mən də verdim. Hər zaman qəlbimdəsiz. Hekayə davam edir. İndi yenidən beysbol seyr etməyə davam edin".

Qeyd edək ki, 2018-ci ildən ABŞ-da çıxış edən İbrahimoviçin "Milan"a qayıdacağı deyilir.

Digər Xəbərlər
Xəbər Lenti