Millini DÇ-2026-ya aparan baş məşqçi ilə yeni müqavilə imzalandı - 2030-cu ilə qədər

29 May 00:10 Dünya futbolu 379
Millini DÇ-2026-ya aparan baş məşqçi ilə yeni müqavilə imzalandı - 2030-cu ilə qədər

Şotlandiya millisinin baş məşqçi Stiv Klarkla ilə müqavilənin müddəti uzadılıb.

Sportinfo.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub.

“Stiv Klarkın bu yaydan sonra da komandada qalacağını təsdiqləməkdən məmnunuq. O, Şotlandiya millisinin tarixində ən uğurlu baş məşqçidir” – deyə federasiyanın açıqlamasında bildirilib.

Stiv Klark 2019-cu ildən Şotlandiya millisinə rəhbərlik edir.

Şotlandiya millisi 2026-cı il dünya çempionatında C qrupunda Braziliya, Mərakeş və Haiti yığmaları ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu