Argentina millisinin tarixində qol vuran ən yaşlı futbolçu oldu - MESSİ

18:20 Dünya futbolu 140
Argentina millisinin tarixində qol vuran ən yaşlı futbolçu oldu - MESSİ

Lionel Messi İslandiya ilə keçirilən yoldaşlıq oyununda (3:0) növbəti tarixi uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, İslandiya millisi üzərində qazanılan inamlı qələbə Messi üçün ikiqat yaddaqalan olub.

O, bu qarşılaşmada Argentina yığmasının heyətində özünün 199-cu rəsmi oyununa çıxıb və millidəki 117-ci qolunu vurub.

Bu qolun əsas özəlliyi ondan ibarətdir ki, Messi Argentina milli komandasının tarixində qol vuran ən yaşlı futbolçu adını qazanıb. Bununla da o, onilliklər boyu yenilənməz qalan tarixi rekordu qırmağı bacarıb.

Yığmada qol vuran ən yaşlı oyunçu rekordu bundan əvvəl Anhel Labrunaya məxsus idi. Labruna 1957-ci ildə Braziliya millisinin qapısına yol taparkən 38 yaş 9 ay 10 günlüyündə idi. İndi isə bu rekord Messiyə keçib.

Dünya çempionatına hazırlaşan son dünya çempionu Argentina yığması DÇ-2026-nın qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya milliləri ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti