Tanınmış baş məşqçi çempion etdiyi klubla vidalaşdı

10:20 Dünya futbolu 279
Tanınmış baş məşqçi çempion etdiyi klubla vidalaşdı

“Əl Nəsr”i (Səudiyyə Ərəbistanı) çempion edən portuqaliyalı baş məşqçi Jorje Jesus postundan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi “X” hesabında məlumat yayılıb.

“Nə unudulmaz bir macəra idi. Necə bir şanlı səhifə yazıldı... Təşəkkürlər, mister!”, – deyə klub portuqaliyalı mütəxəssisə bu sözlərlə vida edib:

Səudiyyə Pro Liqasının sonuncu - 34-cü turunda “Əl Nəsr” öz meydanında “Damak”ı 4:1 hesabı ilə darmadağın edərək, xallarını 86-ya çatdırıb və mövsümü çempion kimi başa vurub.

Bu, komandanın dünya ulduzu Kriştianu Ronaldonun 2023-cü ildəki gəlişindən sonra əldə etdiyi ilk çempionluqdur.

Jesus “Əl Nəsr”in sükanı arxasına 2025-ci ilin iyulunda keçmişdi. Buna qədər isə o, Səudiyyə Ərəbistanının digər nəhəngi - 2023-cü ilin yayından rəhbərlik etdiyi “Əl Hilal”dan istefaya göndərilmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti