“Biz hər dəfə bura gələndə…” - Bu suallar onu özündən çıxardı

00:10 Dünya futbolu 85
“Biz hər dəfə bura gələndə…” - Bu suallar onu özündən çıxardı

Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro mətbuat konfransı zamanı Neymar barədə verilən suallara münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlərin ardıcıl olaraq Braziliya millisinin hücumçusu Neymarla bağlı suallar ünvanlaması Kazemironu narahat edib.

O, bu mövzuda qısa və ironik cavab verib:

“Biz hər dəfə bura gələndə yalnız Neymar, Neymar, Neymar haqqında danışırıq. Məncə, o da komandanın digər 26 futbolçusu kimi vacib oyunçudur”.

Daha əvvəl yayılan məlumatlarda Neymarın zədə səbəbindən yaxınlaşan dünya çempionatını buraxa biləcəyi iddia olunurdu.

Bildirilirdi ki, “Santos”un hücumçusu 14 iyunda Mərakeş millisinə qarşı qrup mərhələsinin ilk oyununa qədər hazır olmasa, onun yığmadakı gələcəyi sual altına düşə bilər.

34 yaşlı hücumçunun hazırkı fiziki durumu Braziliya millisinin mundial heyətinə təsir edən amillərdən biri kimi göstərilir.

Gələn ayın 11-də start götürəcək dünya çempionatı iyulun 19-na kimi davam edəcək. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi turnirə 48 komanda qatılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti