Tanınmış hücumçunun ən yaxşı komanda yoldaşı kim imiş?

18:20 Dünya futbolu 110
Tanınmış hücumçunun ən yaxşı komanda yoldaşı kim imiş?

“Atletiko”nun və Uruqvay millisinin sabiq hücumçusu Dieqo Forlan İspaniyada karyerasına həsr olunmuş sənədli filmin təqdimatında iştirak edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Movistar+” tərəfindən hazırlanan və “Atletiko”da keçirdiyi illərdən bəhs edən ekran işinin təqdimatı zamanı Forlan, jurnalistlərin suallarını cavablandırıb.

O, ən yaxşı komanda yoldaşı kimi argentinalı keçmiş hücumçu Serxio Aqueronu göstərib:

“Aquero ilə meydanda xüsusi anlaşmamız var idi. Birlikdə çox məhsuldar çıxış edirdik və uğurlu tandem yaratmışdıq”.

Forlan futbolçu karyerasını 2018-ci ildə başa vurub. O, İspaniyada “Atletiko” ilə yanaşı, “Vilyarreal”ın da formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti