Ronaldo hələ daha neçə il “Əl-Nəsr”də qalacaq?

13 İyul 2024 00:00 Dünya futbolu 936
Ronaldo hələ daha neçə il “Əl-Nəsr”də qalacaq?

“Əl-Nəsr” Kriştiano Ronaldo ilə müqaviləsini 2026-cı ilə qədər uzatmağı planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə ingilis futbol saytları məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı təmsilçisi artıq 39 yaşlı forvard ilə danışıqlara başlayıb.

Sözləşmənin 2026-cı ilə qədər uzadılması Ronaldonun DÇ-2026-da iştirak şansını artıracaq.

Ronaldonun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Hücumçu ötən mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib, 44 qol vurub, 13 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!