COP29

Azərbaycanda hərbiyə alternativ xidmət yaradılsın – YENİ TƏKLİF VERİLDİ

1 Mart 12:30 Dünya futbolu 522
Azərbaycanda hərbiyə alternativ xidmət yaradılsın – YENİ TƏKLİF VERİLDİ

“Alternativ xidmət haqqında” qanunun hazırlanması və qəbul edilməsi təklif edilir.

Bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində təsbit edilib ki, vətəni müdafiə hər bir vətəndaşın borcudur.

Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Qeyd edilənləri nəzərə alaraq, Ombudsman “Alternativ xidmət haqqında” qanunun hazırlanmasını və qəbul edilməsini məqsədəmüvafiq hesab edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"