Kanada millisi amerikalı baş məşqçi Cessi Marşın müqaviləsini yeniləyib.
Sportinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis yığmanı 2030-cu ilə qədər çalışdıracaq.
Marşın rəhbərliyi altında Şimali Amerika təmsilçisi 2026-cı il dünya çempionatında iştirak edəcək.
Turnir iyunun 11-dən iyulun 19-dək Meksika, ABŞ və Kanadanın birgə ev sahibliyi ilə keçiriləcək. Kanada yığması mundiala ev sahibi olaraq qatılır.
Eyni zamanda dünya çempionatının qrup mərhələsində Kanadai komandası İsveçrə, Qətər, həmçinin Bosniya və Herseqovina yığmalarına qarşı mübarizə aparacaq.

