Konfrans Liqasının kubokunu “Kristal” qazandı

01:10 Dünya futbolu 57
Konfrans Liqasının kubokunu “Kristal” qazandı

“Kristal Pelas” Konfrans Liqasının final matçında İspaniya təmsilçisi “Rayo Valyekano”nu 1:0 hesabı ilə məğlub edərək, tarixinin ilk Avropa kubokunu qazanıb.

Sportinfo.az xəbər verir ki, bu qələbə sayəsində London təmsilçisi həm də növbəti mövsüm üçün UEFA Avropa Liqasına birbaşa vəsiqəni rəsmiləşdirib.

Qeyd edək ki, bu uğur “Kristal Pelas” üçün həm də tarixi bir revanş xarakteri daşıyır. Belə ki, komanda Avropa arenalarında ilk debütünü

1998-ci ildə İntertoto Kubokunda etmişdi. Həmin vaxt İngiltərə təmsilçisi turnirin 3-cü mərhələsində Türkiyənin “Samsunspor” klubuna hər iki oyunda eyni – 2:0 hesabı ilə uduzaraq Avropa macərasına erkən vida etmişdi.

Məlumat üçün qeyd edək ki, londonlular ötən il “FA Cup” kubokunun da sahibi olmuşdular.

"Kristal Pelas" (İngiltərə) - "Rayo Valyekano" (İspaniya) 1:0

Qol: Mateta, 51

Baş hakim: Mauritsio Mariani

"Red Bull Arena"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti