Prezidentliyə namizədlikdən imtina etdi: “Qapılar mənim üzümə bağlıdır”

14 Mart 00:10 Dünya futbolu 323
Prezidentliyə namizədlikdən imtina etdi: “Qapılar mənim üzümə bağlıdır”

Ronaldo Nazario Braziliya Futbol Federasiyasının prezidentliyinə namizədlikdən imtina edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrində paylaşım edib:

“27 federasiya ilə ilkin əlaqədən sonra başa düşdüm ki, onlardan 23-nün qapıları mənim üçün bağlıdır. Federasiya məni qəbul etməkdən imtina etdi.

Dedilər ki, hazırkı administrasiyadan razıdırlar. Mən öz layihəmi təqdim edə, fikirlərimi bölüşə bilmədim ki, məni istədiyim kimi başa düşsünlər.

Rəhbərlərin çoxu hazırkı prezidentdən razıdırlar. Bu, onların haqqıdır və mən buna hörmətlə yanaşıram”.

Sözügedən qurumun rəhbəri üçün seçkilər 2026-cı ilin martından gec olmayaraq keçirilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 20:20 Mahir niyə AĞLAYIB?
17 Aprel 09:00 Qəpik-quruş BAZARI