Ronaldo indi dünyada bunu bacaran ilk futbolçudur

1 Fevral 12:00 Dünya futbolu 2 594
Ronaldo indi dünyada bunu bacaran ilk futbolçudur

Portuqaliya millisinin və “Əl-Nəsr”in ulduzu Kristiano Ronaldo unikal nailiyyətə imza atıb.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı hücumçu buna Səudiyyə Ərəbistanı çempionatının 18-ci turunda “Əl-Raed”lə görüşdə iştirak etməklə nail olub.

Sözügedən görüşdə “Əl-Nəsr” 2:1 hesabı ilə qalib gəlib. Komandanın qollarından birini 45-ci dəqiqədə məhz Ronaldo vurub.

Bu görüş Kristianonun klub karyerasında 700-cü qələbəsi olub. Nəticədə o, tarixdə klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu adına yiyələnib.

Portuqaliyalı futbolçu “Sportinq” ilə 13, “Mançester Yunayted”lə 214, “Real”la 316, “Yuventus” ilə 91, “Əl-Nəsr”lə isə 66 dəfə meydanı üstün tərəf kimi tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...
10 Sentyabr 18:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 04:10 "Proqnoz vermək olmur”
10 Sentyabr 02:00 "Neftçi"dən yeni satış