İki tanınmış hücumçunu müqayisə etdi və güldü: “Ən yaxşı...”

20 Yanvar 00:20 Dünya futbolu 587
İki tanınmış hücumçunu müqayisə etdi və güldü: “Ən yaxşı...”

“Monako”nun və “Mançester Yunayted”in keçmiş futbolçusu Patris Evra Kilian Mbappe haqda açıqlama verib.

Sportinfo.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, fransalı sabiq müdafiəçi, Mbappenin Tyerri Anri ilə müqayisə edilməsinə gülüb.

Onun sözlərinə görə, “Real”ın forvardı “Yuventus”, “Arsenal” və “Barselona”nın əfsanəsinə yaxın belə, deyil:

“Orada kimsə deyir ki, dünyanın ən yaxşı oyunçuları olmadan tək qalıb. Ən yaxşısı…

Amma mən onu heç Jan-Pyer Papen (fransalı keçmiş futbolçu) səviyyəsində belə, görmürəm. Və Anri ilə müqayisə ümumiyyətlə, gülməli görünür.

Yəqin ki, Anrinin necə oynadığını görməmisiz. Ola bilsin ki, bu təzyiq reallığın gözləntilərə uyğun gəlməməsinə gətirib çıxarıb”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM