UEFA Millətlər Liqasında dünən Portuqaliya yığması Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib.
Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, 900-cü qolunu vuran Kriştiano Ronaldo oyundan sonra milli ilə istədiyi bütün kubokları əldə etdiyini və Portuqaliya yığması ilə Avropa yarışlarında qalib gəlməyin dünya kubokunu qazanmağa bərabər olduğunu bildirib.
Bundan sonra bəzi azarkeşlər sosial şəbəkədə 39 yaşlı futbolçunu ələ salıblar:
“Lionel Messi kirayə pulu vermədən öz beynində yaşayır”.
“Mən yüz faiz əminəm ki, Messi dünya kubokunu qazanan gecə Ronaldo yatmayıb”.
“Avropa çempionatını qazanmaq dünya kubokunu qazanmaqla eyni deyil, dostum”.
Başqa bir futbol azarkeşi isə fikrini sərt şəkildə ifadə edib:
“Bu, bir təlxək ifadəsidir”.