"Qalatasaray"ın 32 yaşlı futbolçusunu aldı - "Qarabağ"ın yunan rəqibi

6 Sentyabr 2024 00:00 Dünya futbolu 1 136
"Qalatasaray"ın 32 yaşlı futbolçusunu aldı -

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Olimpiakos" heyətinə yeni futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Yunanıstan təmsilçisi "Qalatasaray"dan Serxio Olivieranı transfer edib. 32 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Serxio son mövsümdə "Qalatasary"ın heyətində 24 oyuna çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib.

Oliveyra “Porto”, “Beyra-Mar”, “Mexelen”, “Pasuş Ferreyra”, “Nant”, PAOK, “Roma” klublarında oynamışdı.

"Olimpiakos" Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən biridir. "Olimpiakos" - "Qarabağ" görüşü 2025-ci il yanvarın 30-da Pireydə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”