"Məqsədlərimizə nail olmadıq, müqaviləni yeniləməmək qərarına gəldik"

1 Mart 2024 01:40 Dünya futbolu 384
"Məqsədlərimizə nail olmadıq, müqaviləni yeniləməmək qərarına gəldik"

Riqobert Sonq Kamerun millisinin baş məşqçisi postunu tərk edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyasının rəhbəri Samuel Eto'O onun istefaya göndərildiyini açıqlayıb.

Kot-d'İvuarda keçirilən Afrika Millətlər Kubokunda kamerunlular 1/8 finalda Nigeriyaya 0:2 hesabı ilə uduzmuşdu.

Samuel Eto`O məsələ haqda bu cür danışıb:

"Bunlar futbolun qanunudur. Məqsədlərimizə nail olmadıq.

Vəziyyəti müzakirə etdik. Müqaviləni yeniləməmək qərarına gəldik, gələcək haqqında düşünməyə dəyər. Ona uğurlar arzulayıram”.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!