“Gələcək? Mən bilmirəm, işləməyəndə xoşuma gəlmir"

17 Fevral 2024 00:10 Dünya futbolu 457
“Gələcək? Mən bilmirəm, işləməyəndə xoşuma gəlmir"

“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo gələcəklə bağlı planlarından danışıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı məşqçi gələcəklə bağlı planlarında səbirli olmağa üstünlük verdiyini bildirib:

“Gələcək? Mən bilmirəm. Bir il məzuniyyət götürən insanları başa düşmürəm.

İşləməyəndə xoşuma gəlmir. Mən sadəcə bunu etmək istəyirəm. Amma səbirli olmaq və düzgün fürsət tapmaq üçün vaxtım var”.

61 yaşlı mütəxəssisin son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. Mourinyo bundan əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leiriya” və “Benfika”nı da çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız