Bu ölkədə futbol federasiyasının prezidenti postuna qadın gətirildi

24 May 2023 18:40 Dünya futbolu 456
Bu ölkədə futbol federasiyasının prezidenti postuna qadın gətirildi

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra təlatümlü dövr yaşayan Belçika Futbol Federasiyasının prezidenti postuna ölkə tarixində ilk dəfə olaraq qadın təyin olunub.

Sportinfo.az xəbər verir ki, Federasiyanın direktorlar şurası əvvəlki prezident Pol Van den Bulkun istefasından sonra Paskal Van Dammı prezident təyin edib.

“Paskal Van Damm prezident kimi öz vəzifələrini konstruktiv, dürüst və əməkdaşlıqla yerinə yetirmək istəyir”, - federasiyanın bəyanatında bildirilib.

Qeyd olunub ki, Paskal Van Damm əvvəllər İT sənayesində menecer vəzifəsində çalışıb. Bəzi beynəlxalq texnologiya şirkətlərində çalışan Van Damm federasiyanın prezident seçkilərinə qədər vəzifəsində qalacaq.

Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokundan sonra istefa və işdən çıxarılmalarla gündəmə gələn Belçika Futbol Federasiyası, mart ayında CEO Peter Bossaertin icazəsiz öz maaşını artırdığı və işdən çıxarıldığı xəbəri ilə gündəmə gəlmişdi.

Federasiyanın keçmiş prezidenti Paul Van den Bulk da ötən həftə icraiyyə komitəsinin onun barəsində idarə heyətinə şikayət məktubu göndərdikdən sonra istefa verib.

Digər Xəbərlər
Xəbər Lenti