Bir və ya iki illik sözləşmə imzalayacaq - Kriştiano Ronaldo

01:40 Dünya futbolu 79
Bir və ya iki illik sözləşmə imzalayacaq - Kriştiano Ronaldo

“Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo klubu ilə yeni müqavilə imzalayır.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Hazırda danışıqların son mərhələləri gedir. 40 yaşlı hücumçu bir və ya iki illik sözləşmə imzalayacaq.

Səudiyyə Ərəbistanı təmsilçisi Portuqaliya millisinin oyunçusunu razı sala bilsə, onu 2027-ci ilin yayına qədər komandada saxlamaq niyyətindədir.

Ronaldonun “Əl-Nəsr”lə hazırkı müqaviləsi bu ayın sonuna qədərdir. O, başa çatan mövsümdə komandasının heyətində 41 oyuna çıxaraq 35 qol vurub və 4 qolun ötürməsini edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!