
Premyer Liqa klublarında yay bazarlığı davam edir.
Avrokubok təmsilçilərimiz transfer çalışmalarına erkən başlayıb işini möhkəm tutmağa çalışsa da, “Qarabağ” hər zamankı kimi səssiz görünür.
Çempionlar Liqasında mübarizə aparacaq “köhlən atlar” iki braziliyalı ilə münasibətləri rəsmiləşdirib.
“Karvan”la “Sumqayıt”ın bu günə qədər bir transferin belə, anonsunu verməməsi düşündürücü məqamdır.
Klubların rəsmən yollarını ayırdığı və heyətinə yeni cəlb etdiyi futbolçuların siyahısını təqdim edirik.
"Qarabağ"
Gedənlər: Marko Veşoviç, Patrik Andrade (Araz-Naxçıvan), Yassin Benzia, İsmayıl İbrahimli (Zirə).
Gələnlər: Rüstəm Əhmədzadə (“Zirə” ilə icarə müqaviləsi başa çatıb), Pedro Bikalyo (“Alverka”, Portuqaliya), Dani Bolt (“Torrense”, Portuqaliya).
"Zirə"
Gedənlər: Məqsəd İsayev, Pyer Zebli, Rüstəm Əhmədzadə (Qarabağ).
Gələnlər: Brahim Konate (Şamaxı), Yeqor Boqomolski (Neftçi), İsmayıl İbrahimli (Qarabağ), Rövlan Muradov (Sumqayıt), Abdulaziz Batibie.
Araz-Naxçıvan
Gedənlər: Vadim Abdullayev, Sezar Meza Kolli, Miço Kuzmanoviç, Karlos Jatoba, Bernardo Dias, İqor Ribeyro (Neftçi).
Gələnlər: Bar Kohen (“Makkabi Netanya”, İsrail), Çance Simakala Ba-Muaka (“Osnarbrük”, Almaniya), Patrik Andrade (Qarabağ), Bruno Franko (“Lokomotiv Sofiya”, Bolqarıstan), Çarles Boli (“Apollon Limassol”, Kipr), Hamidu Keyta (“Konyaspor”, Türkiyə).
"Turan Tovuz"
Gedənlər: İvan Konovalov, Alexandro Serrano, Kauan Martins, Kristian da Silva, Araş Qadiri (“Xeybər”, İran), Anton Kraçkovski, Eltun Turabov, Sadiq Quliyev, İsmayıl Zülfüqarlı (Neftçi).
Gələn: David Tavareş (“Buzau”, Rumıniya).
"Sabah"
Gedənlər: Şakir Seyidov (Kəpəz), Con İrasabal (“Johor Darul”, Malayziya), Namiq Ələsgərov, Vinsent Till, Sofian Çakla.
Gələnlər: Rüstəm Samiqullin (“Neftçi” ilə icarə müqaviləsi başa çatıb), Rauf Rüstəmli, Fəxri Məmmədli (hər ikisinin “Şamaxı” ilə icarə müqaviləsi başa çatıb), Camal Cəfərov (“Kəpəz”lə icarə müqaviləsi başa çatıb), Akim Zedadka (“Pyast”, Polşa), Stiv Solvet (“Martiq”, Fransa), Zinədin Uld Xaled (“Anje”, Fransa).
"Neftçi:"
Gedənlər: Yuri Matias, Yeqor Boqomolski (Zirə), Höccət Haqverdi, Azər Əliyev, Rəhman Hacıyev, Azər Salahlı, Rüstəm Samiqullin (Sabah), Rafael Quzzo, Robert Bauer, Dembo Darbo, Filip Ozobiç, Ervin Koffi.
Gələnlər: Sessi D'Almeyda (“Apollon Limassol”, Kipr), Luis Ortis (“Sportivo Ameliano”, Paraqvay), Murad Xaçayev, Elvin Bədəlov (hər ikisi “Sumqayıt”), İqor Ribeyro (Araz-Naxçıvan), İmad Faraj (“AEK Larnaka”, Kipr).
"Şamaxı"
Gedənlər: Leroy Mikels, Brahim Konate (Zirə), Maykl Bauk, Vasiliye Radenoviç, Vasiliye Bakiç, Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Rauf Rüstəmli (Sabah), Murad Vəliyev, Fəxri Məmmədli (Sabah), Vüsal Məsimov.
Gələnlər: Həbib İsmayılov (Neftçi), Oruc Məmmədov (Səbail), Emil Süleymanov (Qəbələ), Dioqo Balau (“Uniao Santarem”, Portuqaliya).
"Sumqayıt"
Gedənlər: Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov (Zirə), Murad Xaçayev, Elvin Bədəlov (hər ikisi “Neftçi”). Bobir Abdixolikov, Cəsurbek Cəloliddinov.
"Kəpəz"
Gedənlər: Yeqor Xvalko, Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov (“Sabah”, icarə müqaviləsi başa çatıb).
Gələnlər: Şakir Seyidov (Sabah), Pedro Qomeş (“Boavişta”, Portuqaliya)
"Qəbələ"
Gedənlər: Emil Süleymanov (“Şamaxı”, icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Vorontsov, İbrahim Ramazanov (Turan Tovuz), Oçe Oçeveçi (“Krivbass”, Ukrayna), Elvin Yunuszadə.
Gələnlər: Prins Ovusu (klubun U-19 komandasında cəlb olunub), İsaak Amoah (“Atletiko Sanlukenyo”, İspaniya). Paulo Quimbila (“Əl-Əhli”, Bəhreyn).
"Karvan"
Gedənlər: Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, Elvin İsmayılov, İzzət Müştaqov, Müşfiq Teymurov.
"İmişli"
Gedənlər: Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Enrike, Xəyal Tomarov.
Gələnlər: Ronaldo Rodriges (“Borneo”, İndoneziya), İbrahim Əliyev, Azər Salahlı (Neftçi).
HƏBİB / SPORTİNFO.AZ