
Xəbər verdiyimiz kimi, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Əl-Nəsr”lə müaviləsini yeniləyib.
Sportinfo.az xəbər verir ki, 2027-ci ilin yayına kimi Səudiyyə Ərəbistanı klubunda qalacaq Ronaldo sərvətinə sərvət qatacaq.
Ronaldo hər ili üçün 400 milyon (769 640 000 AZN) avro alacaq. Bu ayda 33,3, həftədə 7.6, gündə 1,1 milyon avro deməkdir.
Saatlıq qazancı 46.300 min avro olan Ronaldonun saniyəlik gəliri 13 (25.6 AZN) avrodur. Portuqaliyalının bir dəqiqəlik gəliri isə 772 avro təşkil edir.
Ronaldo 2023-cü ilin yayından “Əl-Nəsr”də çıxış edir. Ulduz futbolçu bu müddət ərzində komandanın heyətində meydana çıxdığı 105 rəsmi matçda 93 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.