“Qarabağ” Ukrayna komandasına 4 qol vurdu və uduzdu

7 İyul 22:20 Qarabağ 489
“Qarabağ” Ukrayna komandasına 4 qol vurdu və uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925" (Xarkov) komandası ilə üz-üzə gəlib.

Yoxlama matçı olduğu üçün qarşılıqlı razılığa əsasən görüş hər biri 30 dəqiqə olmaqla 4 hissədən ibarət olub.

Oyun "Qarabağ"ın 4:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Metallist 1925" yeni mövsümdən Ukrayna Premyer Liqasında çıxış edəcək.

"Qarabağ" - "Metallist 1925" 4:5

Qollar: N.Axundzadə, 3 (1:0); Raşitsa, 11 (1:1); N.Axundzadə, 13 (2:1); Pançenko, 26 (2:2); K.Medina, 45 - avtoqol (2:3); Ramik Hacıyev, 71 (2:4); Moura, 82 - pen. (2:5); A.Kaşuk, 96 (3:5); E.Addai, 114 - pen. (4:5)

"Qarabağ"ın əsas heyəti: 99. M. Koxalski, 2. M. Silva, 81. K. Medina, 27. T. Bayramov, 18. Dani Bolt, 35. Pedro, 8. M. Yankoviç, 20. Kadi, 10. A. Zubir (k), 15. L. Andrade, 90. N. Axundzadə

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 6. Habib Qədirov, 30. Abbas Hüseynov, 26. Amin Rzayev, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cabralıyev, 11. Emmanuel Adai, 19. Mehdi Mütəllimli, 21. Aleksey Kaşuk, 17. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 02:50 Emilin komandası uduzdu