
"Güləşçilərimiz Avropa çempionatında ikinci oldular.
Nəticə daha yaxşı ola bilərdi".
Sportinfo.az xəbər verir ki, bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında iştirak edən Azərbaycanın sərbəst güləş millisinin böyük məşqçisi Arif Abdullayev deyib.
O bildirib ki, idmançıların səhvləri olub:
"Bu səhvlərin üzərində işləyəcəyik. Qarşıda bizi dünya çempionatı gözləyir. Düşünürəm ki, idmançılarımız bu yarışa qədər səhvlərini düzəldəcəklər".
Azərbaycanın sərbəst güləş yığması Avropa çempionatında 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.