“Neftçi”nin məşqçisi Premyer Liqada başqa bir kluba keçdi - SON DƏQİQƏ XƏBƏRİ

13:00 Neftçi 1 390
“Neftçi”nin məşqçisi Premyer Liqada başqa bir kluba keçdi - SON DƏQİQƏ XƏBƏRİ

«Şamaxı»da yeni məşqçi təyinatı olub.

Ayxan Abbasov Anar Vəliyevi özünə köməkçi götürüb.

«Şirlər» onunla birillik müqavilə imzalayıb.

A.Vəliyev son olaraq «Neftçi»də çalışıb. O, «ağ-qaralar»ın əvəzedici komandasında baş məşqçi Rəşad Abdullayevin yardımçısı vəzifəsini icra edib.

Yaxın günlərdə əyalət təmsilçisində daha bir təyinat gözlənilir. İyunda qapıçı karyerasını bitirən Kamal Bayramov əvvəlcə bu sahə üzrə çalışmağa razılıq versə də, sonda işbirliyi alınmayıb.

Klub rəhbərliyinin təklif etdiyi məvacib onu qane etmədiyindən, tərəflərin yollları ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti