Məşhur hücumçunu transfer etmək istəyən klubların adları bilindi

01:30 Dünya futbolu 140
Məşhur hücumçunu transfer etmək istəyən klubların adları bilindi

Mario Balotelli karyerasını ABŞ-ın MLS liqasında və ya Meksikanın yüksək liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.

“Cenoa” ilə müqaviləsinin müddətinin başa çatmasından sonra azad agent statusunda olan italiyalı hücumçu karyerasını bitirməyi düşünmür.

Meksikanın “Kruz Asul” klubu Balotelliyə maraq göstərir və artıq 2024-cü ilin dekabrında onunla əlaqə saxlayıb.

Hücum xəttini gücləndirməyə çalışan ABŞ-ın “Los-Anceles” klubu da 34 yaşlı futbolçunu mümkün transferlər siyahısına daxil edib. Klub fransalı hücumçu Olivye Jirunun gedişindən sonra yeni forvard axtarışındadır.

Balotelli 2024-cü ilin oktyabrında “Cenoa”ya azad agent kimi qoşulmuşdu. O, A Seriyasında 6 oyunda iştirak edib və bu matçlarda cəmi 56 dəqiqə meydanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 02:50 Emilin komandası uduzdu