Bu gözəllə eşq yaşayır: Görün kimin sevgilisi olub - FOTOLAR

8 İyul 2025 02:50 Hadisə 712
Bu gözəllə eşq yaşayır: Görün kimin sevgilisi olub - FOTOLAR

“Mançester Yunayted”in futbolçusu Manuel Uqarte şəxsi həyatına dair rəsmi paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı uruqvaylı yarımmüdafiəçi “Instagram” hesabında 27 yaşlı ingilis model Corciya Mey Hittlə birgə şəklini paylaşaraq, ona sevgi etirafı edib.

Cütlük hazırda yay tətilini birlikdə keçirir.

Xatırladaq ki, daha əvvəl Corciya Mey Hitt Fransanın ulduz futbolçusu Kilian Mbappe ilə eşq şayiələri ilə gündəmə gəlib.

2021-ci ildə onların birlikdə Yunanıstanda restoranda görüntülənməsi bunu təsdiqləyib.

Lakin görünür, həmin münasibət artıq geridə qalıb. Son vaxtlar Corciya ilə Mbappenin bir-birini “Instagram”dan izləmədən çıxarması da bu iddiaları qüvvətləndirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi