Ronaldonu 70 yaşlı baş məşqçi çalışdıracaq?

29 İyun 00:00 Dünya futbolu 317
Ronaldonu 70 yaşlı baş məşqçi çalışdıracaq?

Stefano Pioli ilə yollarını ayıran “Əl-Nəsr” baş məşqçi postu üçün axtarışları davam etdirir.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin əsas hədəfi Jorje Jezusu komandanın “sükanı arxasına” gətirməkdir.

Bu barədə “Arriyadiyah” məlumat yayıb.

Klub rəhbərliyi artıq portuqaliyalı mütəxəssislə danışıqlara başlayıb. “Əl-Nəsr” 70 yaşlı məşqçiyə illik 7 milyon avro maaş təklif edib.

Jorje Jezusun son iş yeri Səudiyyə Ərəbistanının digər klubu “Əl-Hilal” olub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 20:00 Çək və bizə göndər!
31 Avqust 09:00 Bu rayonda futbol olacaq?