Köklü klub üçüncü liqaya “sürgün edildi” – Pulları qurtarıb

30 İyun 2025 21:40 Dünya futbolu 960
Köklü klub üçüncü liqaya “sürgün edildi” – Pulları qurtarıb

Son illər ağır dövr yaşayan Portuqaliyanın tanınmış klubu “Boavişta” ciddi maliyyə problemləri səbəbilə ölkənin üçüncü liqasına düşürülüb.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı Portuqaliya Peşəkar Futbol Federasiyası verib.

Əvvəllər ölkə çempionluğunu qazanmış və UEFA Çempionlar Liqasında iştirak etmiş komanda hazırda Fransanın “Bordo” klubunun yaşadığı bənzər taleyi yaşayır.

“Boavişta” 1970-ci illərdə və 21-ci əsrin əvvəllərində parlaq çıxışı ilə yadda qalıb. Ancaq bu gün maliyyə böhranı komandanı uçuruma aparır.

Bildirilir ki, “Boavişta”nın hətta üçüncü liqada da iştirakına icazə verilməyə və həvəskar liqaya göndərilə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!