"Bu komandada hər şey var: nizam-intizam, çox hərəkət, əla oyun"

10:20 Dünya futbolu 125
"Bu komandada hər şey var: nizam-intizam, çox hərəkət, əla oyun"

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister hazırda dünya futbolunda hansı komandanı ən yaxşı hesab etdiyini açıqlayıb.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, argentinalı futbolçu PSJ-nin adını çəkib:

“PSJ hazırda dünyanın ən yaxşısıdır. Bu komandada hər şey var: nizam-intizam, çox hərəkət, əla oyun. Mənim üçün onlar ən yaxşılardır”.

Paris klubu son mövsümdə UEFA Çempionlar Liqasını qazanmaqla yanaşı, 1-ci Liqa çempionu və Fransa kubokunun qalibi olub.

Komanda Klublararası dünya çempionatının 1/4 finalında “Bayern”lə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti