"Qırığın" oyunda 8 qol vuruldu, hakimlər jurnalistləri 10 dəfə məyus etdi - FOTOLAR

16:40 Hadisə 194
"Qırığın" oyunda 8 qol vuruldu, hakimlər jurnalistləri 10 dəfə məyus etdi - FOTOLAR

Mərhum azərbaycanlı hakim Tofiq Bəhramovun 100 illik xatrirəsinə həsr olunmuş turnir davam edir.

Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin təşəbbüsü, “Topaz”ın maliyyə dəstəyi ilə keçirilən yarışın yarımfinal görüşləri baş tutub.

İyulun 5-də keçirilən ilk görüşdə “Veteran futbolçular”la qarşılaşmada texniki qələbə qazanan “Media Star”la futzal hakimlərindən ibarət “The Same” üz-üzə gəlib.

Fizkii cəhətdən kifayət qədər hazırlıqlı görünən hakimlərin komandası jurnalistlərin yer aldığı kollektivi 10:3 hesabı ilə məğlub edib.

Çempionluğa əsas namizəd göstərilən Premyer Liqa hakimlərinin “Ref Team” komandası ilə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimlərdən ibarət kollektivinin oyunu gərginliyi ilə yadda qalıb.

Oyunun sonlarına yaxın hesab 2:2 olarkən ədalət təmsilçiləri qapısında növbəti qolu görüb və va-banka gedərək qapıçını meydan üzvü kimi oynadıb.

Tərəflər hərəyə bir qol vurduqdan sonra hesab 4:3 ADBTİA-nın xeyinə olub. Bərabərlik qolu üçün irəli atılan “Ref Team” növbəti qola üzülüb.

Olduqca maraqlı keçən duelin yekununda akademiyanın dərs deyənləri fit sahiblərini 5:3 hesabı ilə üstələyib.

Bununla da “The Same” və ADBTİA finala vəsiqəni təmin edib.

“Media Star”la “Ref Team” isə üçüncülük uğrunda mübarizə aparacaq.

Oyunlar növbəti həftə keçiriləcək. Finalın və üçüncülük görüşünün keçirilmə günü və saatı iştirakçılarla dəqiqləşdiriləndən sonra bu barədə məlumat veriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti