"Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Polyak müdafiəçi

09:00 Qarabağ 127
"Qarabağ" həmişə qəlbimdə yer alacaq" - Polyak müdafiəçi

"Qarabağ"ın sabiq flegioneri Yakub Jezniçak Ağdam klubundakı çıxışını xatırlayıb.

Sportinfo.az xəbər verir ki, polşalı müdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında "Qarabağ"a gəlişi və qazandığı uğurlardan bəhs edib:

"Düz 8 il əvvəl “Qarabağ”la müqavilə bağlamışam. Bu, həqiqətən gözəl iki il idi. Çempionlar Liqasında, sonra Avropa Liqasında yüksəliş. İki Azərbaycan çempionluğu və bir kuboku!

Ancaq bilirsiniz ən çox nəyi xatırlayıram? Mən orada tanış olduğum insanları istər futbolda, istərsə də şəxsi həyatda sevirəm. Bu günə kimi onların çoxu ilə əlaqə saxlayıram.

Təşəkkür edirəm. Bakı və "Qarabağ" həmişə mənim qəlbimdə yer alacaq!"

Y.Jezniçak 2017-19-cu illərdə "Qarabağ"da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti