Millinin yarımmüdafiəçisinin transferini rəsmən elan etdilər

7 İyul 2025 18:29 Dünya futbolu 603
Millinin yarımmüdafiəçisinin transferini rəsmən elan etdilər

Lissabon “Sportinq”i Gürcüstan millisinin yarımmüdafiəçisi Giorgi Koçoraşvilinin transferini rəsmən elan edib.

Sportinfo.az Portuqaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcü futbolçu ilə müddəti 2030-cu ilin yayına kimi olan müqavilə imzalanıb.

26 yaşlı futbolçu bundan əvvəl İspaniyanın “Levante” klubunda çıxış edib.

O, 2024/25 mövsümündə 35 oyuna çıxaraq, 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Koçoraşvilinin hazırkı dəyəri 5 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!