Azərbaycanda daha 24 kluba beş illik lisenziya verildi - FOTOLAR

03:10 Cüdo 153
Azərbaycanda daha 24 kluba beş illik lisenziya verildi - FOTOLAR

Azərbaycan Cüdo Federasiyası (ACF) daha 24 klub və idman təşkilatına beş il müddətinə lisenziya təqdim edib.

Sportinfo.az xəbər verir ki, sözügedən qurumlar qaydalara uyğun şəkildə tələb olunan sənədləri təqdim edib və müəyyən olunmuş meyarlar əsasında seçiliblər.

Təqdimat mərasimində ACF-nin idman direktoru və baş katibin müavini Kamran Talıbov lisenziyalaşdırma prosesinin mahiyyəti, əhəmiyyəti, klub və idman təşkilatlarının üzərinə düşən öhdəliklər barədə məlumat verib. Həmçinin onların suallarını ətraflı cavablandırıb.

Bundan əvvəl ACF 178 klub və idman təşkilatına lisenziya təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 02:50 Emilin komandası uduzdu