Azərbaycan klubları braziliyalı legionerlərlə güclənir

8 İyul 2025 03:40 Voleybol 928
Azərbaycan klubları braziliyalı legionerlərlə güclənir

Yeni mövsüm ərəfəsində Azərbaycan voleybol klubları braziliyalı oyunçularla güclənir.

Sportinfo.az xəbər verir ki, Braziliyadan idmançılar dəvət edən üç komanda artıq məqsədyönlü transferləri həyata keçirib.

Ölkə çempionu “Azərreyl” hücumçu Qrasiela Souzanı, “Gəncə” blokçu Qabriella Oliveyra və debütant DH Volley Sonali Sidraonu heyətinə qatıb.

Yeni mövsümdə liqada Braziliyadan olan mütəxəssis də çalışacaq. “Gəncə” daha əvvəl Peru, Meksika və Kolumbiyada çalışmış Rafael Petrini baş məşqçi postuna dəvət edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM