39 yaşlı məşhur hücumçu 1il sonra yenə klubsuz qaldı

4 İyul 2025 00:20 Dünya futbolu 384
39 yaşlı məşhur hücumçu 1il sonra yenə klubsuz qaldı

Radamel Falkao “Millonarios”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı futbolçu ilə başa çatan müqavilənin yenilənmədiyi bildirilib. Falkao 2024-cü ilin iyunundan bu klubda çıxış edirdi.

O, “Millonarios”un heyətində ümumilikdə 29 oyunda 11 qol vurub.

Daha çox “Porto”, “Atletiko” və “Monako”dakı çıxışı ilə tanınan Kolumbiya millisinin sabiq üzvü 2019-2021-ci illərdə “Qalatasaray”da da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!