Cənubi Azərbaycan klubunun əleyhinə tətbiq edilən cəza qüvvədə saxlanıldı

8 İyul 2025 03:30 Hadisə 735
Cənubi Azərbaycan klubunun əleyhinə tətbiq edilən cəza qüvvədə saxlanıldı

İran Futbol Federasiyasının Apellyasiya Komitəsi "Traktor"a qarşı qərarı təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, İntizam Komitəsinin Cənubi Azərbaycan təmsilçisi əleyhinə tətbiq etdiyi cəza qüvvədə saxlanılıb və yekun sayılıb.

"Traktor" 2024/2025 mövsümündə XXIX turun "Nassaci" ilə 3:3 hesablı heç-heçə etdiyi ev oyunu zamanı azarkeşlərinin davranışları üzündən sanksiyaya məruz qalıb.

Fanatlar lazer şüaları, yandırıcı və tüstü əmələ gətirən əşyalardan yararlandıqları, meydançaya daxil olduqları və qadağaya baxmayaraq, tribunaların 50 faizindən çoxunu doldurduqları üçün klub növbəti ev oyununu başqa əyalətdə keçirməli olacaq. Bu, 2025/2026 mövsümünə təsadüf edəcək.

Eyni zamanda, Təbriz klubu 3 milyard rial (121 min 68 manat) məbləğində cərimələnib.

"Traktor" ötən mövsüm tarixində ilk dəfə İran çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi