
Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbol məşqçisi kimi mümkün iş haqqında sualı cavablandırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyali forvard klubun “Youtube” kanalında bunu söyləyib:
“Əminliklə deyə bilərəm ki, məşqçilik karyerası mənim üçün deyil. Ən azından yaxın 10-20 ildə olmayacaq. Baxmayaraq ki, bu həyatda hər şey dəyişə bilər”.
40 yaşlı futbolçu 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Bu yay tərəflər əməkdaşlığı genişləndiriblər.
Ronaldo ilə Səudiyyə Ərəbistanı klubu arasında yeni müqavilə 2027-ci ilə qədər olub.