"Dünya çempionatını Azərbaycanla birlikdə keçirməyə hazırıq"

8 İyul 2025 09:20 Bizimkilər 559
"Dünya çempionatını Azərbaycanla birlikdə keçirməyə hazırıq"

Özbəkistan Futbol Assosiasiyası (UFA) Azərbaycanla birlikdə 20 yaşadək futbolçular arasında 2027-ci il dünya çempionatını keçirməyə hazırdır.

Sportinfo.az UFA-nın rəsmi saytına istinadən xəbər verir ki, son illər Özbəkistan stadionları beynəlxalq standartlara uyğun modernləşdirilib.

Bundan başqa, U-20 və U-23 Asiya turnirləri, eləcə də tarixdə ilk dəfə futzal üzrə dünya çempionatının Mərkəzi Asiyada məhz bu ölkədə təşkili əla təcrübə olacaq.

Təsadüfi deyil ki, FIFA prezidenti Canni İnfantino bu yarışı dünya çempionatları tarixinin ən yaxşısı adlandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu