"Şükür ki, əziyyətim yerdə qalmadı" - Azərbaycanın Avropa çempionu

04:00 Güləş 78
"Şükür ki, əziyyətim yerdə qalmadı" - Azərbaycanın Avropa çempionu

"Şükür ki, əziyyətim yerdə qalmadı".

Sportinfo.az xəbər verir ki, bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanmış Azərbaycanın sərbəst güləşçisi Vasif Bağırov (57 kq) deyib.

O bildirib ki, çəkdiyi zəhmət finalda nəticəsiz qalmayıb:

"Buna görə məşqçilərimə təşəkkür edirəm. İnşallah, qarşıdan gələn dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam".

V.Bağırov finalda gürcüstanlı Nika Zanqaladzeylə gərgin mübarizə şəraitində keçən görüşdə əzmkar qələbə qazanıb.

İlk hissəni 5:6 hesabı ilə geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi fasilədən sonra üstünlüyünü təmin edib – 9:6.

Beləliklə, ötən il U-20 Avropa çempionatında gümüş medal qazanan V.Bağırov bu dəfə çempion olub.

Digər Xəbərlər
Xəbər Lenti
7 İyul 02:50 Emilin komandası uduzdu