Daha bir azərbaycanlı oyunçu Orta Asiya klubunda - SON DƏQİQƏ

10:40 Qarabağ 1 126
Daha bir azərbaycanlı oyunçu Orta Asiya klubunda - SON DƏQİQƏ

Azərbaycanlı futbolçuların Qırğızıstana axını davam edir.

İndi də İlkin Muradov Orta Asiya respublikasına yollanıb.

O, ölkənin yüksək liqasında mübarizə aparan “Abdış-Ata” ilə müqavilə bağlayıb. Anlaşmanın müddəti 1 ildir.

Yarımmüdafiəçi ötən mövsümə “Şamaxı“da başlayıb, “Səbail“də davam edib. O, “dənizçilər“ə I Liqada da yardımçı olacağını vəd verib, lakin Qırğızıstandan gələn təklifə görə fikrini dəyişib.

Sözügedən klub bugünlərdə Mirabdulla Abbasovu da heyətinə qatıb. Hücumçu son olaraq "Səbail"də çıxış edib. "Neftçi"nin yetirməsi olan 30 yaşlı forvard "Sumqayıt"ın da formasını geyinib.

O, vaxtilə Latviyada “Dauqavpils”də oynayıb. Bundan savayı, Mirabdulla “Sumqayıt”, “Səbail” və “İrəvan”ın şərəfini qoruyub.

Hazırda Qırğızıstanda legioner həyatı yaşayan azərbaycanlıların sayı 5-ə çatıb.

Ramin Əhmədov və İldar Alekperov bu ilin əvvəlində həmin ölkəyə yollanıbsa, Nazim Məmmədzadə bir neçə gün qabaq Orta Asiyaya üz tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti