
“İnter Mayami”nin hücumçusu Lionel Messi Klublararası dünya çempionatının 1/8 finalında məğlubiyyətdən sonra (0:4) PSJ-nin gücü ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu möhtəşəm rəqiblə qarşılaşdıqlarını deyib:
“Möhtəşəm komanda ilə qarşılaşdıq. Axı PSJ Çempionlar Liqasının hazırkı qalibidir və bu fakt çox şey deyir.
Matç gözlədiyimiz kimi keçdi. Biz hər şeyimizi verdik və düşünürəm ki, bu turnir haqqında yaxşı təəssürat yaratmağa müvəffəq olduq.
Yaxşı oynadıq, amma indi hər şey arxada qaldı, diqqətimizi gələcəyə yönəltməliyik”.
Bu yaxınlarda 38 yaşını qeyd edən Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib.