
Braziliyalı məşqçi Ziko hazırda ABŞ-da keçirilən Klublararası dünya çempionatında Avropa komandalarının çıxışını şərh edib.
Sportinfo.az “Globo”-ya istinadən xəbər verir ki, o, futbolun təkcə Avropaya aid olmadığını bildirib:
“Avropa futbolunu olduğundan artıq dəyərləndirirlər. Bu, artıq dayanmalıdır.
Futbol təkcə Avropaya aid deyil! Nə vaxt ki nəsə alınmır, dərhal bəhanələr başlayır.
Çətin şəraitdə oynamağa uyğun deyillər. Hər şey plan üzrə getməyəndə, istiyə, yorğunluğa və başqa şeylərə görə şikayət edirlər”.
Klublararası dünya çempionatı 14 iyun-13 iyul arası tarixləri əhatə edir.