
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano 38 yaşlı argentinalı hücumçu Lionel Messinin Klublararası dünya çempionatının 1/8 final mərhələsində PSJ-yə qarşı keçirdiyi oyunla bağlı fikirlərini bölüşüb.
Sportinfo.az “beIN Sports”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis Messinin yaxşı oyun keçirdiyini bildirib:
“Məncə, Messi yaxşı oyun keçirdi. Belə böyük futbolçunu çalışdırmaq mənim üçün şərəfdir.
Amma bu cür güclü PSJ-yə qarşı hətta Messi belə, təkbaşına nəsə etməyə çətinlik çəkir”.
Qarşılaşma Paris klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bütün qollar ilk hissədə vurulub.
Luis Enrikenin yetirmələri yarımfinala vəsiqə uğrunda “Bayern”lə üz-üzə gələcək.