Ronaldo Ərəbistanda qaldı - 2 illik yeni müqavilə imzaladı

27 İyun 2025 00:00 Dünya futbolu 584
Ronaldo Ərəbistanda qaldı - 2 illik yeni müqavilə imzaladı

“Əl-Nəsr” Kriştiano Ronaldonun müqaviləsinin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı hücumçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Kriştiano Ronaldo 2023-cü ilin yayından “Əl-Nəsr”də çıxış edir. Ulduz futbolçu bu müddət ərzində komandanın heyətində meydana çıxdığı 105 rəsmi matçda 93 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!