Ulduz yarımmüdafiəçi "Zirə"ni gözləmədi, karyerasını başa vurdu

8 İyul 2025 02:40 Hadisə 776
Ulduz yarımmüdafiəçi "Zirə"ni gözləmədi, karyerasını başa vurdu

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk"un ulduzu İvan Rakitiç karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə xorvatiya klubunun rəsmi saytı məlumat yayıb.

"Bazel"in yetirməsi olan 37 yaşlı yarımmüdafiəçi "Şalke", "Sevilya", "Barselona" və "Əl-Şəbab"da da çıxış edib.

Ötən ilin iyulundan "Hayduk"da çıxış edən futbolçu Xorvatiya millisinin heyətində meydana çıxdığı 106 matçda 15 qol vurub.

"Zirə"nin "Hayduk"la ilk oyunu iyulun 23-də Bakıda, cavab görüşü isə iyulun 31-də Splitdə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi